Appelyasiya şurası

Azərbaycan Respublikası Prezidentinin “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının yaradılması haqqında”  2016-cı il 3 fevral 762 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Apellyasiya Şurası, Agentliyin sədrinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Apellyasiya Şurası üzvlərinin və Katibliyinin tərkibinin təsdiq edilməsi haqqında" 2025-ci il 15 may tarixli F49 nömrəli Əmrindən sonra fəaliyyətə başlamışdır.

 

Apellyasiya Şurasının sədri:

Xəyyam Məmmədov – Agentliyin sədrinin birinci müavini

 

Apellyasiya Şurasının üzvləri:

Fuad Quliyev – Agentliyin Aparatının rəhbəri

Əsəd Şirinov – Agentliyin sədrinin müşaviri

Etibar Məmmədov – Agentliyin sədrinin müşaviri

Anar Əliyev – Agentliyin Maliyyə və təminat şöbəsinin müdiri

Rəşad Əliyev – Agentliyin Daxili nəzarət və audit şöbəsinin müdiri

Nərgiz Yusubova – Agentliyin Hüquq və insan resursları şöbəsinin müdiri

 

Katibliyin rəhbəri:

Toğrul Kərimli – Agentliyin Ümumi şöbəsinin müdiri

 

Keçən dövr ərzində Şurada 7 şikayətə baxılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq vəzifələrinin tutulması üçün 12 iyun 2025-ci il tarixində elan olunmuş ümumi müsahibədə və 14 iyul 2025-ci il tarixində elan olunmuş müsabiqənin müsahibə mərhələsində iştirak etmiş vətəndaşların müraciətləri daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"yə uyğun olaraq, Şuranın Katibliyi tərəfindən daxil olmuş müraciətlərlə bağlı zəruri materiallar, o cümlədən müsahibələrin videoyazısı, müsahibə komissiyalarının qərarları və komissiya üzvlərinin rəyləri Dövlət İmtahan Mərkəzindən sorğu edilərək alınmış və Şura üzvlərinə təqdim olunmuşdur. Şura dekabrın 17-18-də iddiaçıların iştirakı ilə keçirilən iclaslarında onların şikayət ərizələrini və izahatını, keçirilmiş müsahibələrin videoyazılarını, müsahibənin Katiblik tərəfindən hazırlanmış transkripsiyasını və təhlilini, namizədlərin qiymətləndirilməsinə dair müsahibə komissiyalarının yekun protokollarını, Şura üzvlərinin ümumiləşdirilmiş rəylərini araşdırıb müzakirə edərək qərarlar qəbul edilmiş, həmin qərarlar barədə məlumatlar vətəndaşlara və Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir.