Baku Water Week

Bakı Water Week – Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı, su ehtiyatlarının idarə olunması sahəsində müasir çağırışların müzakirə edildiyi və innovativ həllərin təqdim olunduğu nüfuzlu beynəlxalq tədbirdir. Tədbir, su sahəsində fəaliyyət göstərən istehsalçılar, dövlət qurumları və xarici investorlar üçün əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıqlar qurmaq üçün unikal imkanlar yaradır.

Tədbirin əsas məqsədləri:

  • Su ehtiyatlarının səmərəli idarə olunması və iqlim dəyişikliyinin təsirlərinin müzakirəsi
  • Yeni texnologiyaların və investisiyaların Azərbaycana cəlb olunması
  • Su təchizatı və tullantı suların idarə olunması sahəsində qabaqcıl təcrübələrin paylaşılması
  • Dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi

Tədbir içməli suların emalı, su təchizatı və tullantı sular üzrə inşaat və qazma texnikası və avadanlığı, su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi, su təsərrüfatında İnformasiya və kommunikasiya texnologiyaları, suyun duzsuzlaşdırılması texnologiyaları, təbii fəlakətlərə qarşı tətbiq olunan texnologiyalar, laboratoriya avadanlıqları, tullantı və yağış suların axıdılması və emalı sistemləri üzrə bölmələri əhatə edir

İmkanlar:

  • Panel müzakirələri və seminarlar
  • Startap zonası və innovativ layihələrin təqdimatı
  • B2B və B2G formatında ikitərəfli görüşlər

2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə 10-11-12 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Tədbir ilə bağlı daha ətraflı məlumat və qeydiyyat üçün www.bakuwaterweek.az saytına keçid edərək əldə edə bilərsiniz.