Kollektorlar

Respublikanın suvarılan torpaqlarının 43 faizində (608 025 min hektar) kompleks meliorasiya işləri aparılmışdır. 378 125  hektar sahə açıq, 229 900 hektar sahə örtülü, 11200  hektar sahə şaquli drenaj şəbəkələri ilə əhatə olunmuşdur.

Bunların 24 973 km açıq, 9125 km qapalı drenaj şəbəkələri, bundan 3733 km magistral və təsərrüfatlararası kollektorlar (cəmi 34 098 km) tikilib istifadəyə verilmişdir.

Respublikanın meliorasiya olunmuş ərazilərindən drenaj suları Baş Mil-Muğan, Baş Şirvan və Muğan-Salyan əsas magistral kollektorları ilə Xəzər dənizinə axıdılır.

Kollektor adı İstismara verildiyi il Uzunluğu (km) Suburaxma qabiliyyəti (m³/s) Xidmət etdiyi sahə (min ha) Drenaj suları axıdılır
Baş Mil-Muğan kollektoru 2006 139.8 107 500 Xəzər dənizi
Baş Şirvan kollektoru 1965 215,7 72 281 Xəzər dənizi
Muğan-Salyan suötürücüsü 1953 100,9 36 77 Xəzər dənizi
Mil-Qarabağ kollektoru 1965 152 25 115 Baş Şirvan kollektoru