ADSEA sədri İndoneziya Respublikasının Azərbaycandakı səfiri cənab Berlian Helmy ilə görüş keçirib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov İndoneziya Respublikasının Azərbaycandakı səfiri cənab Berlian Helmy ilə görüş keçirib. 

Görüş zamanı Azərbaycan ilə İndoneziya arasında su ehtiyatlarının idarə olunması, su təhlükəsizliyi, iqlim dəyişikliyi şəraitində dayanıqlı su idarəçiliyi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub. 

Tərəflər arasında gələcəkdə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Digər