Gəncə şəhərində Tullantı Sularının Təmizlənməsi Qurğusu (TSTQ) tikintisi layihəsinə dair elan

18 Fevral, 2026 | 21:37

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Gəncə şəhərində Tullantı Sularının Təmizlənməsi Qurğusu (TSTQ) tikməyi planlaşdırır. Təklif olunan TSTQ Gəncə şəhərindən 2,3 km şimalda, tikintisinə 1980-ci illərdə başlanılmış, lakin tamamlanmamış mövcud TSTQ-nin yerində tikiləcək. Gəncə TSTQ layihəsinin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.

Layihə AYİB-in tələblərinə və milli qanunvericiliyə uyğun olaraq Ətraf Mühitə və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) prosesindən keçmiş və ƏMSTQ sənədlərinin ilkin variantı hazırlanmışdır. Beynəlxalq kreditor standartlarına uyğun olaraq, ADSEA 15 dekabr 2025-ci ildən 14 aprel 2026-cı ilə qədər 120 günlük ƏMSTQ açıqlama müddəti elan etmiş və ƏMSTQ sənədlərini https://adsea.gov.az/page/ganja-city-project-ebrd internet səhifəsində ingilis və Azərbaycan dillərində dərc etmişdir.

ƏMSTQ sənədlərinin təqdim edilməsi və müzakirəsi üçün ictimai məsləhətləşmə görüşləri aşağıdakı tarixlərdə keçiriləcək:

· 4 mart 2026-cı il, saat 10:00-da, Samux şəhəri, Samux Rayon İcra Hakimiyyətinin binasında Konfrans Zalı, Heydər Əliyev prospekti 70.

· 5 mart 2026-cı il, saat 10:00-da, Gəncə şəhərində, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Gəncə ("SuKanal")  İdarəsinin Konfrans Zalı, Ü. Hacıbəyov küçəsi 76.

Bütün maraqlı tərəfləri - Samux rayonu və Gəncə şəhər sakinlərini, ictimai təşkilatların, elm və təhsil müəssisələrinin nümayəndələrini ictimai məsləhətləşmə görüşlərində iştirak etməyə dəvət edirik.

Digər