Gəncə şəhərində Çirkab Su Təmizləyici Qurğu (ÇSTQ) tikintisi layihəsi

15 Dekabr, 2025 | 18:00

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Gəncə şəhərində Çirkab Sularının Təmizlənməsi Qurğusu (ÇSTQ) tikintisini planlaşdırır. Təklif olunan ÇSTQ Gəncə şəhərindən 2,3 km şimalda yerləşir və tikintisinə 1980-ci illərdə başlanmış, lakin inşası tamamlanmamış mövcud ÇSTQ-nin yerləşdiyi ərazidə inşa ediləcəkdir.
Gəncə ÇSTQ layihəsinin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.

Layihə AYİB-in tələblərinə və milli qanunvericiliyə uyğun olaraq Ətraf Mühitə və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) prosesindən keçmişdir. Bu proses çərçivəsində, ƏMSTQ üzrə layihə sənədlərinin ilkin (layihə) paketi hazırlanmışdır.

Beynəlxalq kreditor standartlarına uyğun olaraq, ADSEA 2025-ci ilin 15 dekabr tarixindən 2026-cı ilin 14 aprel tarixinə qədər 120 günlük ƏMSTQ açıqlama müddəti elan edir və ƏMSTQ paketinin ilkin  variantını (ingilis və Azərbaycan dillərində) dərc edir:

Vətəndaşlar və maraqlı tərəflər bu sənədlərlə bağlı öz şərh və təkliflərini ADSEA-nın veb saytındakı əlaqə məlumatlarından və ya MTƏP-də göstərilən əlaqə məlumatlarından istifadə edərək Agentliyə göndərə bilərlər.

ƏMSTQ layihəsinin və digər sənədlərin nəticələrini təqdim etmək və bu ilkin planlaşdırma mərhələsində maraqlı tərəflərin rəylərini almaq məqsədilə, açıqlama dövründə Gəncə şəhərində, Ziyadlı, Sərkər və İstixana kəndlərində ƏMSTQ üzrə məsləhətləşmə görüşləri keçiriləcəkdir.

Digər