ADSEA sədri Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov Almaniyanın Azərbaycandakı səfiri cənab dr. Ralf Horlemannla görüş keçirib.
Görüş zamanı Azərbaycanla Almaniya arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər Almaniyanın su idarəçiliyi, tullantı sularının təmizlənməsi və su itkilərinin azaldılması üzrə qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparıb.
Həmçinin, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri nəzərdən keçirilib.