Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
20 oktyabr tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə ADSEA-nın sədr müavini İlham Bayramov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Agentliyin əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
ADSEA-nın sədr müavini İlham Bayramov ölkədə su təsərrüfatı və meliorasiya sahəsində görülən işlər, su təminatının yaxşılaşdırılması və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi barədə məlumat verib. O, Agentliyin ölkənin su təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətini məsuliyyətlə davam etdirdiyini vurğulayıb.