Ağcabədi şəhərində Qarabağ iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub

Ağcabədi şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Qarabağ iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və digər dövlət rəsmiləri iştirak ediblər.

Tədbirdə iştirak edən İlham Bayramov bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin minimuma endirilməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilməkdədir.

Müşavirə çərçivəsində aidiyyəti qurumlar, fermerlər və sahibkarlarla fikir mübadiləsi aparılıb, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Digər