Dünya Şəhər Forumu 13 (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin iqlim dayanıqlılığı və su təhlükəsizliyi” mövzusunda sessiyada ADSEA sədrinin birinci müavini açılış nitqi ilə çıxış edib
Dünya Şəhər Forumu 13 (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin iqlim dayanıqlılığı və su təhlükəsizliyi” mövzusunda sessiyada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov açılış nitqi ilə çıxış edib.
Çıxış zamanı Milli Su Strategiyası və dövlət proqramlarına uyğun olaraq iqlim dəyişikliklərinə adaptasiya istiqamətində həyata keçirilən kompleks tədbirlər, həmçinin daşqın və quraqlıq risklərinin idarə olunması, su infrastrukturunun müasirləşdirilməsi, yeni su anbarlarının tikintisi və mövcud su obyektlərinin bərpası istiqamətində icra edilən layihələr barədə məlumat verilmişdir.
Xəyyam Məmmədov həmçinin hava və iqlim proseslərinin dəqiq proqnozlaşdırılması və risklərin minimuma endirilməsi istiqamətində Erkən Xəbərdarlıq Sistemlərinin önəminə diqqət çəkib, Agentlik tərəfindən Elektron su atlası, GIS texnologiyaları və avtomatlaşdırılmış monitorinq sistemlərinin tətbiqi istiqamətində görülən işlər barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.