ADSEA sədri İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri cənab Zaur Mikayılov İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ronen Krausz ilə görüşüb. Görüş zamanı İsrail şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların sosial həyatda fəal iştirakı yüksək qiymətləndirilib. Tərəflər eyni zamanda 2025-ci il 20 noyabr tarixində Yerusəlim şəhərində keçirilmiş İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında birgə komissiyanın iclasında qaldırılan məsələləri və gələcək potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər. 

Digər