ADSEA sədri cənab “Energy China” şirkətinin nümayəndələri ilə görüş keçirib

21 may 2026-cı il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov “Energy China” şirkətinin China Energy şirkətinin vitse-prezidenti cənab Yin Qiang ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanın su təchizatı infrastrukturunun yenilənməsi, su ehtiyatlarının səmərəli idarə olunması və bu istiqamətdə qabaqcıl Çin təcrübəsinin tətbiqi imkanları müzakirə olunub.

Tərəflər həmçinin “Milli Su Strategiyası” və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək tədbirlərdə “Energy China” şirkətinin çoxillik təcrübəsindən mümkün istifadə, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Digər