ADSEA Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində panel müzakirədə iştirak edib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə Bakı şəhərində keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan panel müzakirədə iştirak edib.
Çıxış zamanı o, regional sağlamlıq və su təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət və özəl tərəfdaşlar, o cümlədən beynəlxalq maliyyə institutları ilə birlikdə təcrübə mübadiləsi, vahid yanaşma və birgə əməkdaşlığın önəmini vurğulayıb.
Riad Axundzadə qeyd edib ki, bu sahədəki çətinliklərin həlli üçün gənc nəslin sahəyə cəlb edilməsi, yeni təhsil proqramlarının yaradılması və texniki kadr potensialının gücləndirilməsi vacibdir. "Su təhlükəsizliyinin gələcəyini gənc mühəndislər formalaşdıracaq" - deyə o, çıxışında vurğulayıb.