Saatlı şəhərində Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub

Saatlı şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub. 

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və digər dövlət rəsmiləri iştirak ediblər.

Tədbirdə iştirak edən Zakir Quliyev bildirib ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliklərinə daha davamlı model əsasında inkişaf etdirilməsidir. Hazırkı mərhələdə əsas hədəfimiz su və torpaq resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdır. Çünki müasir çağırışlara əsasən, aqrar sektorun və kənd təsərrüfatının gələcək inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və ekstensiv genişləndirilmə ilə deyil, mövcud su və torpaq ehtiyatlarından daha maksimum səmərəliliklə istifadə olunması ilə təmin edilməlidir. 
Müşavirə çərçivəsində aidiyyəti qurumlar, fermerlər və sahibkarlarla fikir mübadiləsi aparılıb, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Digər