“Ulu Öndər Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı tədbir keçirilib

30 yanvar 2026-cı il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və YAP Yasamal rayon təşkilatının birgə təşkilçılığı ilə “Ulu Öndər Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra dövlətin gənclər siyasətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, , Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini, gənclərin dövlət quruculuğunda və ictimai-siyasi həyatda fəal rolunu vurğulayıblar.

Tədbir çərçivəsində ADSEA-nın ictimai-siyasi fəallığı ilə seçilən 5 nəfər gənc əməkdaşı fəxri fərmanlarla təltif edilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib və xatirə fotosu çəkilib.

Digər