ADSEA-nın rəhbər heyəti Çin Xalq Respublikasının Energy China şirkəti ilə bir sıra görüşlər keçirib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbər heyəti Çin Xalq Respublikasının Pekin şəhərində Energy China şirkəti ilə bir sıra görüşlər keçirib.
Görüş zamanı potensial yaşıl enerji və tullantı sularının təkrar emalı layihələri müzakirə olunub, Çin Xalq Respublikasının bu sahədəki təcrübələrinin Azərbaycanda tətbiqi imkanları qiymətləndirilib.