ADSEA nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən 25-ci sessiyasında iştirak ediblər
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Aparat rəhbərinin müavini Ülviyyə Məmmədova və Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm Şöbəsinin müdiri Riad Axundzadə İslam Əməkdaşlıq Təşkilatının (OIC) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 2025-ci il 13–17 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən 25-ci sessiyasında iştirak ediblər.
Tədbirdə çıxış edən Ülviyyə Məmmədova OIC-yə üzv və müşahidəçi ölkələrin nümayəndələrinə Azərbaycanın su ehtiyatları, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su infrastrukturunun bərpası istiqamətində həyata keçirilən yenidənqurma işləri, eləcə də “Böyük Qayıdış” proqramı barədə məlumat verib.