ADSEA sədri “PowerChina” şirkətinin Azərbaycandakı nümayəndə heyəti ilə görüş keçirib
13 İyun, 2025 | 14:43
13 iyun 2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov “PowerChina” şirkətinin Azərbaycandakı baş nümayəndəsi cənab He Peng və nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı tərəflər yaşıl enerji, infrastruktur və rəqəmsallaşma sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.