ADSEA tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti İslam İnkişaf Bankının İllik Toplantısında iştirak edib
23 May, 2025 | 10:51
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti İslam İnkişaf Bankının İllik Toplantısında iştirak edib.
19–22 may 2025-ci il tarixlərində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin İdarə Heyətinin sədr müavini Fuad Abışev Əlcəzair şəhərində keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında iştirak edib.
Toplantı çərçivəsində beynəlxalq maliyyə əməkdaşlığının gücləndirilməsi və davamlı inkişaf məqsədlərinə dair fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən nümayəndələr arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib və gələcək təşəbbüslər müzakirə olunub.