ADSEA və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ekspert heyəti arasında görüş keçirilib
10 İyun, 2025 | 17:27
Görüş zamanı “Gəncə şəhərinin içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində həyata keçirilən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və onun tabeliyində olan qurumlara texniki dəstək və potensialının gücləndirilməsi layihəsi” üzrə müzakirələr aparılıb.
Müzakirələr zamanı bərabər imkanlar və genderə həssas xidmətlər mövzusunda fikir mübadiləsi aparılıb, dövlət su idarəçiliyində inklüzivliyin və gender balansının təşviqi məsələləri nəzərdən keçirilib.