Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Laçın rayonunda yerləşən Zabuxçay su anbarına mediatur təşkil olunub

19 İyun, 2025 | 11:39

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Laçın rayonunda yerləşən Zabuxçay su anbarına mediatur təşkil olunub.

Mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 15 media qurumunun nümayəndələri yer alıblar.

Qeyd edək ki, Zabuxçay su anbarının tikintisinə Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Qubadlı və Zəngilan rayonlarında yerləşən, ümumilikdə 12 100 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən su anbarının ümumi tutumu 27 milyon m³ təşkil edir.

Digər