Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə Çex Respublikasının Azərbaycandakı səfiri arasında görüş keçirilib

23 May, 2025 | 10:44

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov ilə Çex Respublikasının Azərbaycandakı səfiri cənab Milan Sedlaçek arasında görüş keçirilib. Bu ilin aprel ayında Agentlik nümayəndələrinin Çexiyaya səfəri zamanı keçirilən görüşlərin nəticələri müzakirə olunub.

Tərəflər su ehtiyatlarının idarə olunması sahəsində təcrübə və bilik mübadiləsi, eləcə də gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda ikitərəfli əlaqələrin daha da gücləndirilməsi istiqamətində razılıq əldə olunub.

Digər