8 Noyabr – Zəfər Günü münasibətilə ilə könüllü qanvermə aksiyası keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşəbbüsü, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi, eləcə də qan ehtiyatlarının artırılmasına və ehtiyacı olan insanların həyatının xilas edilməsinə töhfə vermək məqsədi daşıyan aksiyada Agentliyin əməkdaşları iştirak edərək könüllü qan donoru olub.

Aksiya iştirakçıları bu nəcib təşəbbüsə qoşulmaqla həmrəylik, humanizm və sosial məsuliyyət nümunəsi nümayiş etdiriblər.

Bu cür təşəbbüslər cəmiyyətimizdə könüllülük və xeyirxahlıq dəyərlərinin təşviqinə, eyni zamanda dövlət və həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Digər