ADSEA sədri Zaur Mikayılov Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub

 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra su təsərrüfatı layihələrinin icra vəziyyəti ilə tanış olub.
 
Səfər zamanı Culfa rayonu ərazisində yerləşən "Bənəniyar" su anbarını qidalandıran kanala, həmin rayonun Xoşkeşin kəndində yeni qazılan subartezian quyusuna, Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazisində 240 hektar sahədə qapalı suvarma və drenaj şəbəkəsinin tikintisinə, Babək rayonunun Nehrəm qəsəbəsinin torpaq sahələrini suvarma suyu ilə təmin edən "Araz-2" nasos stansiyasına, həmçinin Naxçıvan şəhəri ərazisində yerləşən "Qaraçuq" kanalının tikintisi işlərinə baxış keçirilib.
 
Layihələrin həyata keçirilməsi Naxçıvanda suvarma infrastrukturunun müasirləşdirilməsinə, su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatı torpaqlarının suvarma imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.

Digər